Emin rus kanalında: Qarabağ bu cür həll olunmalıdır – Video

0
447

Dağlıq Qarabağ münaqişəsinin yeganə məntiqli həll yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsidir.

Bu sözləri xalq artisti Emin Ağalarov RBK televiziyasında qonaq olduğu verilişdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Baxmayaraq ki, mən Azərbaycan vətəndaşı deyiləm, amma özümü azərbaycanlı hesab edirəm. İstərdim ki, bu məsələ tezliklə həll yolunu tapsın. Lakin bu, Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində baş tutmalıdır”, – Emin Ağalarov bildirib.

Verilişin tam videosunu təqdim edirik: