Azərsu 2,3 milyon manatlıq avadanlıq sifariş verib

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2,3 milyon manata satınalma edib.

Bu istiqamətdə ASC “Interkabel” firması ilə müqavilə bağlanıb. 

Tender üzrə şirkətə elektrik sahəsi üçün lazım olan mal-material və avadanlıqların təmin edilməsi həvalə olunub.

Müqaviləyə əsasən, “Azərsu” ASC şirkətə 2 milyon 295 min 377 manat həcmində ödəniş edəcək.