Azərbaycanın tanınmış futbolçusu koronavirusdan öldü

Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib.

Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 70 yaşlı sabiq hücumçu koronavirusdan dünyasını dəyişib.