Aqşin Babayev vəfat etdi

0
353

Tanınmış yazıçı-dramaturq, şair Aqşin Babayev vəfat edib.

A.Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Onun elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. “Nazim Hikmətin yaşamı” adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb.

A.Babayev 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı ilə təltif edilib, 1987-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

Allah rəhmət etsin.