
Hörmətli Anar Ələkbərov,
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Sizə möhkəm cansağlığı, uzun ömür, yüksək enerji və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dövlətçiliyimizin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində gördüyünüz mühüm işlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi kimi nüfuzlu qurumlarda rəhbər fəaliyyətiniz, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanında məsul vəzifədə çalışaraq həyata keçirdiyiniz layihələr ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.
Sizin rəhbərliyinizlə reallaşdırılan mədəni-humanitar təşəbbüslər, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar, o cümlədən Azərbaycan Avtomobil Federasiyası çərçivəsində görülən işlər Azərbaycanın inkişafına mühüm töhfə verir.
Eyni zamanda, zəngin idarəçilik təcrübəniz, təşəbbüskarlığınız və yüksək peşəkarlığınız Sizi ölkəmizin ictimai-siyasi həyatında seçilən simalardan birinə çevirmişdir. Gələcək fəaliyyətinizdə də bu uğurların davamlı olacağına, həyata keçirdiyiniz layihələrin yeni nailiyyətlərlə yadda qalacağına inanırıq.
Bir daha Sizi ürəkdən təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik, ailənizlə birlikdə firavan günlər və fəaliyyətinizdə tükənməz enerji arzulayırıq.
Hörmətlə,
Rasim Məmmədov
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin sədri




