Hekayə 44 günlük Vətən Müharibəsində döyüş yoldaşlarını vurulmuş helikopterdən xilas edən şəhid pilot Ramiz Qasımov və digər qəhrəman pilotlara həsr olunub.
***
Uşaqlar üçün ən sevimli vaxt yay günləri idi. Günəşli səhərlər çayın sahilinə yollanar, dostları ilə suya daş atar, uzun çəmənliklərdə qaçıb oynayardılar. O günlərin səsi qulaqdan getməzdi — gülüşlər, uşaq çığır-bağırları, təmiz havada uçan quşların qanad çırpıntısı…
Ramiz axşam evə qayıdarkən dayanıb göyə baxardı. Uzaqdan, buludların arxasında gizlənən təyyarələrin səsi eşidilirdi. Hər dəfə qardaşına deyərdi:
— Görəsən, bir gün mən də o təyyarəyə minib uçuşedəcəyəmmi?
Qardaşı Elmar isə gülüb cavab verirdi:
— Əvvəl məktəbi bitir, sonra baxarıq…
Amma Ramiz üçün bu sadəcə uşaq arzusu deyildi. Onun ürəyində gizli bir yol xəritəsi vardı — oxumaq, öyrənmək, göylərə uçmaq, həyatın sərhədlərini aşmaq arzusu.
Ramiz göylərə baxanda, sərbəstliyi və yüksəlişi xəyal edirdi. O, hərbi helikopter pilotu idi. Göylərdə həm vətənəxidmət edir, həm də öz arzularını həyata keçirirdi…
Müharibə dövründə hər uçuş onun üçün həm vəzifə, həmdə öhdəlik idi.
O gün səhər hava sakit və günəşli idi. Kəndin üzərindəuçarkən qəfildən helikopter titrədi.
Düşmən atəşi! Motor uğultusu azaldı, metal sanki ağrıylainləyirdi. Qəfil güllə səsi göyü yarıb keçdi. Qısa bir anlıqsükutdan sonra gövdə sarsıldı, alov mühərrikin içindənpüskürdü. Qara tüstü göyə ucaldı.
— Kapitan, biz yanırıq! Mühərrik sıradan çıxır! – ikincipilot çarəsiz qışqırdı.
— Allah köməyimiz olsun! – digəri pıçıldadı.
Kapitanın səsi sakit, amma qətiyyətli idi:
— Sakit olun! Paraşütləri hazırlayın. Mən sizi xilasedəcəyəm.
Helikopter kəndin üzərində idi. Aşağıda uşaqlar həyətlərdəoynayır, qadınlar səs-küyə evlərdən çıxırdılar. Onlarıngözləri göydə yanıb-alovlanan dəmir quşa dikilmişdi.
— Kapitan, kəndin üstünə düşəcəyik! – ekipaj üzvlərindənbiri həyəcanla dedi.
— Əgər belə olsa, hamısı yanacaq!
Kapitan dişlərini sıxdı:
— Mən buna yol verməyəcəyəm… Hamınız tullanmağahazır olun!
Ekipaj üzvləri bir-bir tullanıb xilas oldular. Sonuncuçıxanda kapitanı səslədi:
— Kapitan, gəl, gec olmadan sən də tullan!
O yoldaşlarına son dəfə baxdı. Göy üzü qara tüstü ilədolmuşdu. Helikopter alov içində irəliləyirdi. Kapitanın əlləriidarəetmə panelində, gözləri isə tüstü dolu göydə idi.
Qapı örtüldü, içəridə təkcə alovun xışıltısı və mühərrikinuğultusu qaldı.
Ramiz öz özünə pıçıldadı:
“…İllərdir bu göylərdə uçuram… Mənə öyrədiblər ki, pilotun borcu təkcə dostlarını deyil, öz xalqını da qorumaqdır. Aşağıda kənd var, uşaqlar var… Mən onlarıalovun içinə ata bilmərəm. Bəlkə də mənim ömrüm buradacabitəcək. Amma qoy elə olsun — Vətən sağ olsun! Mənölmürəm, mən torpağa qarışıram…”
Kapitan son qüvvəsi ilə helikopteri kəndin üzərindənkənara çəkdi. Qəfil partlayış dağ yamacını silkələdi. Göy üzüqara tüstü ilə örtüldü.
Kəndin üzərində sükut çökdü. İnsanlar təlaş içində göyəbaxırdılar. O an zaman yavaşladı. Ramiz gözlərini yumdu vəhəyat bir lent kimi gözlərinin önündən keçdi: uşaqlıqarzuları, atasının “Qorxma, sən bacaracaqsan!” sözləri, anasının sakitcə dua etməsi, həyat yoldaşı, onun gülüşləri, övladlarının ilk addımları…
Hər xoşbəxt an bir lent kimi sürətlə fırlanır, həm şirin, həm də acı xatirələrlə dolurdu.
Ramizin gözləri doldu, amma üzündə sakit bir ifadəvardı.
İçində anladı: “həyatdakı hər seçim və fədakarlıq insanıqəhrəman edə bilər, amma… itkisiz olmur…”
Alov yavaş-yavaş səmanı qırmızı və narıncı rənglərə boyadı. Helikopter partladı, amma Ramizin qəhrəmanlığı, xatirələri və sevgisi yoldaşlarının yaddaşında, ailəsinin ürəyində və göylərdə əbədi qaldı.
O gün Ramiz həm itki, həm insan həyatının dəyərini və vətən sevgisinin ağırlığını bir daha hiss etdi.
Onun igidliyi yalnız yoldaşlarının danışdıqlarında deyil, həm də ailəsinin qəlbində və xalqın yaddaşında yaşayır.
Leyla Fərat
yazıçı, filoloq, tərcüməçi




