Azərbaycanda koronavriusa 112 yeni yoluxma qeydə alınıb, son sutkada ölüm olmayıb

0
517

Azərbaycanda koronavirus infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan bu gün ölüm halı olmayıb.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712 test aparılıb.

Aktiv xəstə sayı isə 1838 nəfərdir.