“Yuventus” “Lion” səddini aşa bilmədi, “Mançester Siti” növbəti mərhələdə

0
599

Dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab iki cavab qarşılaşması keçirilib.

“Yuventus” “Lion”la üz-üzə gəlib. İlk qarşılaşmada minimal hesabla məğlub olan İtaliya klubu cavab oyununda üstün olub. Ancaq 2:1 hesablı qələbə “Qoca sinyora”nın növbəti mərhələyə adlamasına bəs etməyib.

Digər qarşılaşmada isə “Mançester Siti” öz meydanında Madrid “Real”ını sınağa çəkib. İlk qarşılaşmada olduğu kimi (2:1) bu oyunda da İngiltərə təmsilçisi üstün olub – 2:1.

Bu gün 1/4 finalın daha iki iştirakçısı məlum olacaq. “Barselona” öz meydanında “Napoli”ni (ilk oyun 1:1), “Bayer Münhen” isə “Çelsi”ni (ilk oyun 3:0) qəbul edəcək.