Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs saxlanıldı, haqqında araşdırma başlandı – FOTO/VİDEO

0
722

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən  verilən məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcək.