Azərbaycanda onlarla ana və körpəsi koronavirusa yoluxub – VİDEO

0
649

Əgər bir körpə koronavirusa yoluxubsa, onlar anaların müşahidəsindən kənarda qala bilməz. Körpə uşaq xəstəxanasına aparılır və orada ananın müşahidəsi ilə müalicəsi davam etdirilir. Tam əks vəziyyətdirsə, ana və uşağı COVID-19-a yoluxubsa, hər ikisinin müalicəsi xəstəxanada bir palatada həyata keçirilir”.

Bunu xəstəxanasının direktoru Pərviz Abbasov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda belə xəstələrin sayı onlarladır:

“16 yaşa qədər olan yeniyetmələr valideynləri ilə xəstəxanada qala bilər”.

Direktor qeyd edib ki, hazırda “Yeni klinika”da 50 yaşın üzərində olan xəstələr daha çoxdur:

“Bütün dünyada protokollara əsaslanan müalicə üsulu var. Konkret olaraq virusu məhv edən peyvənd, dərman yoxdur. Yaşından asılı olaraq müalicə protokolları dəyişir. Müalicənin gedişatı da xəstəliyin mərhələsindən asılıdır”.

P.Abbasov qeyd edib ki, fevralda gördüyümüz koronavirus dönəmi ilə son iki ayın mənzərəsi çox dəyişib:

“Həmin dövrdə yaşlılar və yanaşı xəstəliyi olanlar daha çox yoluxurdu. Artıq son dövrlərdə bu xəstəlik gəncləşib. Hətta 30 yaşlı şəxslərdə ölüm halı müşahidə edilir”.