ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 51-ci ştatı olması təklif edilən Vaşinqtonun paytaxt statusu ilə bağlı səsvermə keçirəcək.
Hazırda Vaşinqton inzibati cəhətdən heç bir ştatın tərkibinə daxil olmayan Kolumbiya federal dairəsinin tərkibindədir.
Palatanın spikeri Nensi Pelosi mətbuat konfransında “aşağı status”u ədalətsizlik adlandırıb.
“Sabah demokratiyamıza qarşı olan bu ədalətsizliyi düzəldəcəyik”, deyə spiker bildirib.