Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

0
12

Azərbaycanda bəzi şəxslər vaxtından əvvəl pensiyaya çıxa bilərlər.

Belə ki, rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır. Bu məsələ ötən gün milli məclisin komitə iclasında müzakirə edilib.

Əvvəllər bir çox mədəniyyət işçiləri və digər sahələrdə müəyyən iş təcrübəsi olanlar erkən pensiya almaq hüququnu malik idilər.

Bəs mövcud qanunvericiliyə görə, başqa hansı sahələrdə çalışan şəxslər erkən əmək pensiyasına çıxa bilərlər?

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu siyahıya yenidən baxılması və əhatə dairəsinin genişləndirilməsi lazımdır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, riskli sahələrdə çalışan şəxslərin 5 il tez pensiya alması mümkündür. Lakin bunun üçün müəyyən şərtlər var.

Nazirlikdən o da qeyd edilib ki, nazirlər kabinetinin müvafiq qərarı ilə sözügedən siyahıya 65 yeni peşə və vəzifə əlavə edilib, eyni zamanda aktuallığını itirən 25 peşə sahəsi siyahıdan çıxarılıb.