Türkiyədə “Google Maps” sürücülərə sürət radarlarının yerini göstərən tətbiqini dayandırıb. Tətbiqdə indi bunun əvəzinə “Polis” seçimi var.
Bu barədə “NTV” məlumat verib.
“Google Xəritə” istifadəçilərə yolda tikinti, qəzalar və zolaqların bağlanması kimi vəziyyətləri digər sürücülərlə paylaşmağa imkan verir.
Bu funksiyanın bir hissəsi kimi əvvəllər təklif edilən “Sürət Tələsi” bildirişi artıq mövcud deyil. Ən son yeniləmə ilə “Google” bu seçimi “Polis” olaraq əvəzləyib.
Bir sözlə, indi istifadəçilər təkcə sürət radarlarını deyil, bütün polis bölmələrinin yerləşdiyi əraziləri də paylaşa biləcəklər.
“Google Maps” radar nöqtələrini göstərdikdən sonra bir çox sürücü bunun qanuni olub-olmaması ilə maraqlanır. Mövzu ilə bağlı rəsmi mənbələrdən heç bir açıqlama olmadığı üçün hazırda tətbiqdən istifadəyə görə heç bir cəza və ya sanksiya yoxdur.