Dəməşq mühasirəyə alındı: bu kritik bölgə isə ələ keçirilir

0
22

Suriyadakı müxalif qüvvələr Dəməşqin şimalında irəliləyişlərini davam etdirirlər. Hələb və Həmanın ələ keçirilməsindən sora növbə digər kritik bölgəyə çatıb.

Rasten və Telbise rayon mərkəzlərini ələ keçirən qruplar şəhər mərkəzinin qərbindəki Vaer rayonuna daxil olduqdan sonra mərkəzin daxili hissələrinə doğru irəliləyiblər.

Müxalifətin əlində olan Həma ilə Əsədin qalası olan Dəməşq arasında digər kritik bölgə Hümsdür.

Hüms Suriyanın üçüncü ən böyük şəhəridir.

Dünən “Heyət Təhrir əl-Şamın” (HTŞ) rejim əleyhdarı silahlı qrupların Hüms şəhər mərkəzinin daxili hissələrinə çatdığı açıqlanıb.

Müxalifətçilərin Hümsün mərkəzinə 1 kilometr məsafədə olduğu öyrənilib.