Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır.
Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan mətbuat konfransı zamanı bildirib.
“Gömrük texniki vasitələri, pasport nəzarəti, sərhəd mühafizəsi baxımından bütün infrastrukturlar sərnişinlərə lazımi xidmət göstərməyə hazırdır”, – deyə Karen Tamazyan deyib.