Ekvatordan Ermənistana göndərilən tonlarla kokain İtaliya hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunub.
Bu barədə RBK xəbər verib.
Bildirilir ki, İtaliyanın Maliyyə Qvardiyasının (Maliyyə Nazirliyinin güc bloku) və gömrük orqanlarının əməkdaşları Coya-Tauro (Kalabriya) limanında 2,7 tondan çox kokain müsadirə ediblər.
Narkotik maddə olan bağlamalar banan yüklü konteynerdə gizlədilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu miqdarda kokainin qara bazarda dəyəri 800 milyon avroya (1,4 milyard manat) yaxındır.
KİV-in məlumatına görə, Coya-Tauro limanında 2021-ci ilin yanvarından bu günə kimi hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə 37 tona yaxın kokaini ələ keçirib və müsadirə ediblər.