Ukraynada döyüş bölgəsindən ürəkağrıdan mənzərə: Yeni doğulan körpələr sığınacaqlara köçürüldü VİDEO

0
305

Dneprdə reanimasiya bölməsində dünyaya yeni gələn körpələr yeraltı sığınacaqlara köçürülüb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Tibb bacıları uşaqların bəzilərini qucaqlarında yelləyir, digərlərini yerindəcə qayğı göstərir, nəfəs almaqda çətinlik çəkən körpələrə isə süni tənəffüs aparatı ilə kömək edirlər.

Kadrlarda bütün çətinliklərə və yorğunluğa baxmayaraq, tibb bacılarının ruhdan düşmədiyi, hətta gülümsədikləri diqqət çəkib. Elə körpələr də özlərini yaxşı aparıblar: Sığınacağa yerləşdirildikləri müddətdə ağlamayıblar.

“Bu, reanimasiya şöbəsidir. Sığınacaqda. Təsəvvür edirsiniz?” – deyə xəstəxananın həkimi Denis Surkov “New York Times”a münasibəti zamanı bildirib.

“Bu, bizim reallığımızdır”, – deyə o, kədərlə əlavə edib.