Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciət edib.
O, Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.
O həmçinin, Rusiyanın Ukraynaya hücumunu bütün Avropaya hücum adlandırıb.
“Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın birliyinə, insan haqlarına, Avropada mövcud olan bütün qaydalara hücumdur”, – Zelenski qeyd edib.