Abramoviç Böyük Britaniyadan qovuldu İDDİA

0
312

Rusiyalı milyarder Roman Abramoviçə Böyük Britaniyada yaşamaq qadağan edilib. 

Britaniyanın “The Sun” nəşri belə iddia ilə çıxış edib.

“Çelsi” klubunun sahibinin aylardır Londondakı evində görünmədiyi bildirilir. Britaniya mənbələri onun heç vaxt oraya qayıtmasına icazə verilməyəcəyini iddia edir. Məlumata görə, immiqrasiya rəsmilərinə Abramoviçə 125 milyon funt sterlinq ödədiyi Kensinqton sarayı yaxınlığındakı evinə qayıtmağı qadağan etmək tapşırılıb. Onun işi üzərində xüsusi immiqrasiya bölməsi işləyir. 

Abramoviç Putin rejiminin əsas dəstəkçisi kimi təsvir etdiyi 35 rus oliqarxdan biridir. O, 2018-ci ildə İsrail vətəndaşı olub və bu, ona son altı ay ərzində bu ölkənin pasportu ilə Londona qısamüddətli səfərə gəlməyə imkan verib.