Zelenskiyə xəbərdarlıq edildi: Tramp buna dözmək niyyətində deyil

0
30

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin artan ritorikasına dözmək niyyətində deyil.

Bunu “Fox News” telekanalında ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.

Onun sözlərinə görə, yardımın verilməsi müqabilində Vaşinqtonun faydalı qazıntılarından istifadəyə dair təklif etdiyi razılaşma ilə bağlı Ukrayna tərəfində təəccüblü müqavimət və ritorikanın artması müşahidə olunur:

“Biz inanırıq ki, Amerika vergi ödəyiciləri investisiyalarından daha çoxunu geri almağa layiqdirlər. Bu isə Ukraynaya imkan verir, onlar bunun əslində nə olduğunu başa düşməlidirlər”.