Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya üzvlük müqabilində itirilmiş ölkə ərazilərini qaytarmadan münaqişəyə son qoymağı təklif edib.
O, bu barədə Sky TV-yə müsahibəsində deyib.
“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini NATO-nun himayəsi altına almalıyıq”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə ərazilərin “diplomatik yolla” qaytarılması ilə bağlı razılığa gəlməyə kömək edəcək.