Ukrayna Prezidenti Volodimir Zelenski indiyədək müharibədə 43 min hərbçinin həlak olduğunu açıqlayıb.
O, bu barədə “Telegram”da bildirib.
Dövlət başçısı 370 min yaralıya yardım göstərildiyini deyib. Zelenskinin sözlərinə görə, yaralıların 50 %-i xidmətə qayıdır.
“İndi Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralı”, – Zelenski qüyd edib.