“ZƏFƏR MARŞI” KİTABI ÇAPDAN ÇIXDI

0
44


Bu neçə şeir kitabının, dövrün tarixi və mədəni məqamlarını əks etdirən publisist yazıların müəllifi olan ustad qələm ustası Oqtay Zəngilanlının yeni kitabı parlaq Zəfərimizin adını daşıyan “Zəfər marşı” adlanır.
Kitabın dörd bölmədən ibarət ərsəyə gəlməsi nəzərdə tutulmuşdur.Birinci bölmədə vətəndaş şair-publisist, milli ideya və vətənpərvərlik duyğularının carçısı Oqtay Zəngilanlının mətbuatda çap olunmuş məqalələri yer almışdır. Bu məqalələrdə “Çağdaş türk dastanıdır Atatürk – Heydər yolu” ifadəsini cəsarətlə poetikləşdirən ustad qələm ustası məqalələrində Şuşa bəyannaməsindən. erməni xəyanətindən söhbət açıb.
Erməni işğalı zamanı şəhid olan qəhrəman oğullarımız haqqında yazdığı “Ölümsüz general Məhəmməd Əsədov”, Şəhid Mübariz İbrahimova həsr edilmiş məqalə və şeir, Zaur Zümrüd oğlu. “Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar” məqalələri və şeirlər tariximizin qəhrəmanlıq səhifələrinə yazılmış bədii nümunələrdir.
Bir müəllim ömrü yaşayan Oqtay Zəngilanlı doğulub boya-başa çatdığı Zəngilan tarixi abidələrini vəhşicəsinə məhv edən, dünyada misli-bərabəri olmayan “Dünyanın ən böyük Çinar meşəsini məhv edən erməni vəhşilərini lənətləyir, Çinar meşəsinin Azərbaycan torpağında yenidən baş qaldıracağını, bu sahədəki dövlət siyasətinə əminliyini bildirir.
Məqalələrin bir qismi də Azərbaycan dövlətçiliyinin inkişaf tarixini əks etdirən nəsr nümunələridir.
Kitabın “Poetik düşüncələr” və “Poemalar” bölümü Oqtay Zəngilanlının ustad qələmindən çıxan şeir nümunələridir. Bu şeirlərdə gözəl Qarabağın işğalı ilə bağlı kədərimizi Zəfərə döndərən Müzəffer Ordumuz və Prezidentimiz. Müzəffər Ali baş Komandanımız İlham Əliyev, Vətən yolunda şəhid olan oğullarımız, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsiyazdıran qazilərimiz sözün qüdrəti, tarixin və poeziyanın dili ilə:
“Milli Ordu qalib gəldi tamamladı son savaşı. Yazıldı Azərbaycanın qalibiyyət. Zəfər Marşı”- misralarında mədh olunur.
“Zəfər Marşı” kitabının diqqət çəkən dördüncü bölümü “Məsləkim tərcümeyi halımdır” adlanır. Bu bölüm müəllifin Vətənə, onun müqəddəs torpağına bağlı yaşadığı həyat hekayələrinin məcmusudur.
1993-cü ilə qədər Zəngilan rayonunun Mincivan qəsəbəsində müqəddəs müəllim ömrü yaşayan Oqtay Zəngilanlı, Zəngilan torpağının mənfur düşmən erməni işğalından sonra ailəsi ilə bərabər qaçqın həyatı yaşasa da, ömrünün hər saatını, hər dəqiqəsini doğma torpaqların işğaldan xilası üçün bacardığı qədər qələminə güc vermiş, içindəki ağrı-acılarını şeirlərinin, publisist məqalələrinin hər sözündə, hər cümləsində qələmə almışdır. Müəllifin bu narahat anlannı onun kitabda toplanmış həyat hekayələrinin hər birində görmək mümkündür.
Bu kitab Oqtay Zəngilanlının uzun illərdən bəri yazdığı, çoxu mətbuatda dərc olunmuş yazılarının, ədəbi ictimaiyyət ilə görüşlərinin, özünün ictimai-siyasi, pedaqoji fəaliyyətindən bəhs edən Zəfər dövrünü yaşadan tarixinin hekayələr kitabıdır.
İnanırıq ki, “Zəfər Marşı” kitabı oxucu rəğbətini qazanaçaq
Sağlam ömür, bədii yaradıcılığında uğurlar arzuladığımı? möhtəşəm poeziya nümunələrini ərsəyə gətirən, canı, qanı, milli duyğulan ilə Vətənə bağlı Oqtay müəllimin tariximizin neçə-neçə Zəfər Marşını yazacağı arzusu ilə.
Maarifə Hacıyeva, filolofıya elmləri doktoru, professor