Zaqatala sakinləri susuz qalıb – FOTO/VİDEO

0
613

Zaqatala rayonunun bir hissəsinə günlərdir su verilmir.

Bu barədə sakinlər məlumat verib. Onların sözlərinə görə, artıq bir həftəyə yaxın müddətdir ki, su problemi mövcuddur:

“Rayonun bir hissəsində su yoxdur, digər hissəsinə isə zəif təzyiqlə verilir, istifadə etmək mümkün deyil. Pandemiya dövründə su problemi ilə qarşılaşırıq. Söhbət Zaqatalanın Nizami küçəsi və digər küçələrindən gedir. Günboyu içməli su verilmir. Gecə saat 1-2 radələrində zəif təzyiqlə su verilir, o da lilli olur. Əlini belə yuya bilmirsən. Bu şəraitdə də deyirlər karantin qaydalarına riayət edin, əllərinizi tez-tez yuyun. Biz su olmayan yerdə təmizliyə necə riayət edək ki, özümüzü virusdan qoruyaq?”

Sakinlər hər gün yaşlı insanların həyətə gələn su maşınından su aldığını və çətinliklə suyu evlərə daşıdıqlarını deyirlər.

Həmin görüntüləri təqdim edirik: