Zaman keçidində ciddi dəyişiklik: Alimlər günün uzanma səbəbini tapdılar

0
16

Son illər alimlər planetimizdə günlərin uzunluğunun artdığını qeyd ediblər. Mütəxəssislər izah edirlər ki, bu hadisə Yerin öz oxu ətrafında fırlanma sürətinin dəyişməsi ilə bağlıdır. Və bunun da öz növbəsində təbii səbəbi var.

“Planet Today” yazır ki, indiyə qədər təbii proseslər günü cəmi bir neçə millisaniyə uzadıb. Lakin subyektiv olaraq bu, zamanın keçidində ciddi dəyişiklik kimi qəbul edilir. Mütəxəssislər bunun səbəbinin qlobal istiləşmə olduğunu deyirlər.

Nəşr izah edir: Buzlaqlar əriyəndə su qütblərdən ekvatora doğru hərəkət edir. Bu mexanizmlər planetin formasına təsir edərək onu dəyişdirir. Konkret olaraq, qütblərdə planetin gövdəsinin müəyyən qədər düzləşməsi müşahidə olunur ki, bunun da nəticəsində Yerin fırlanma sürəti aşağı düşür.

Bu transformasiyaların nəticəsi ondan ibarətdir ki, son 20 ildə bir günün uzunluğu yüz il əvvəlki rəqəmlərlə müqayisədə 1,33 millisaniyə artıb”.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu, son hədd deyil. Alimlərin proqnozlarına görə, 21-ci əsrin sonunda bu rəqəm 2,62 millisaniyəyə qədər artacaq. Bu dəyişikliklər artıq bütün hesablama sistemlərinin, o cümlədən GPS naviqasiyasının işinə, həmçinin bütün Yerin iqliminə və geofiziki hadisələrə təsir göstərir.