Türkiyənin Elazığ vilayətində baş verən dəhşətli zəlzələ zamanı yaşanan təlaş küçəyə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb.
Videoda zəlzələ anında insanların qorxu içində ora-bura vurnuxduqları, hətta birinin həyəcan səbəbindən huşunu itirdiyi görünür.
Qeyd edək ki, son məlumatlara görə, Elazığ vilayətinin Sivricə rayonunda baş verən 6,8 bal gücündəki zəlzələdə ölənlərin sayı 39 nəfərə yüksəlib.