Yunanıstan və Kiprin Ankaraya qarşı əldə edəcəyi ən böyük zəfər Avropa Birliyinin (AB) Türkiyəyə sanksiya qərarı qəbul etməsi olar.
Bu sözləri rusiyalı ekspert Viktor Nadein-Rayevski deyib.
“Yunanıstan-Kipr ittifaqının Türkiyəyə qarşı cəhdləri ilə bağlı onu demək lazımdır ki, bu birliyin hərbi gücü böyük deyil. Amma demək lazımdır ki, hər iki ölkə Avropa Birliyinin üzvüdür və Avropanın ortaq dəyərinə sahibdir”, – ekspert bildirib.
Nadein-Rayevski Avropa Birliyinin Türkiyənin Aralıq dənizindəki fəaliyyətindən dolayı Ankaraya daha ciddi sanksiya tətbiq edəcəyini istisna etməyib.
Qeyd edək ki, Yunanıstan Xarici İşlər naziri Nikos Dendias Kiprlə Ankaraya qarşı diplomatik cəbhə yaratdıqlarını bildirmişdi.