Yoluxma artsa, məktəblər BAĞLANACAQ – Baş pediatr

0
371

Xəbər verdiyimiz kimi ötən gün Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Həmin gün daha 3 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 9-a çatıb. Bu günə qədər isə ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distan təhsilə keçirilib.
Bu günədək 100 dən artıq şagird koronavirusa yoluxub.

Maraqlıdır, uşaqlar arasında yoluxma artarsa, vəziyyət necə proqnozlaşdırıla bilər? Uşaqların məkrtəbə getməsi riskli olsa dərslərin dayandırılması, məktəblərin bağlanması mümkündürmü?

Mövzu ilə bağlı Azərbaycanın baş pediatrı Nəsib Quliyev danışıb:

“Qaydalar hamıya məlumdur. Maskaların taxılması, məsafə gözlənilməsi və dezinfeksiya tədbirlərinə əməl olunmasıdır.

Payız mövsümü gəldiyinə görə havalar dəyişməyə başlayır. Bu ilin mart ayında xəstəliyin yayılması ərəfəsində məktəblər dayandırıldı. Artıq yeni tədris ilində distant təhsil üslları tətbiq olunmağa başlayıb, müəyyən formada uyğunlaşma var.

Təbii ki uşaqlar təhsildən bəzi məlum səbəblərə görə yayınır, təhsilimiz geri qalır. Dezinfeksiya işləri, müəllimlərin temperatrunun ölçülüb məktəblərə buraxılması, şagirdlərin parta sayına görə sinifdə yerləşdirilməsi işləri olsa da uşaqlar arasında yoluxma riski var.

Cəmi bir həftədir ki, məktəb açılıb. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq deyə bilərik ki, o şagirdlərin xeyli qismi ola bilsin ki, evdə yoluxub.

Mən indiki qaydada həftədə iki dəfə dərslərin davam etməsinin tərəfdarıyam. Bu saat fövqalədə hal baş verməyib. Bu asılıdır aparılan müşahidədən, Operativ Qərargahda edilən müzakirələrdən və real vəziyyətdən. Əlbəttə real vəziyyətdə gərginlik yaranarsa, şagirdlər arasında yoluxma artarsa məktəblər dayandırlacaq.

Biz riskə gedirik, uşaqlar arasında youxma arta bilər”.