İsmayıllı rayonunda ölümlə nəticələn hadisə baş verib.
Hadisə fevralın 17-də saat 16 radələrində Muğanlı-İsmayıllı-Qəbələ yolunda Körpü-Bina-Tikinti MMC tərəfindən yenidənqurma işləri aparılarkən Buynuz kəndinin ərazisində baş verib.
Tikintidə çalışan Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Rəşad Nadir oğlu Eminov armaturların üzərinə aşması nəticəsində ölüb.
Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.