Yer üzü daha bir fəlakətlə üz-üzə: “Beyin yeyən amöb” yayılıb

0
403

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tədqiqatçıları “beyin yeyən ölümcül amöb”ün yayılmağa başladığını aşkar ediblər.

İsti şirin su hövzələrində yaşayan bu mikroorqanizmlər əvvəllər əsasən ABŞ-ın cənub ştatlarında yoluxmalara səbəb olurdu. Mütəxəssislər qırx il ərzində qeydə alınan ilkin “Primer Amibik Meningoensefalit” xəstəliyini təhlil ediblər. Məlum olub ki, illik yoluxma sayı eyni qalsa da, coğrafiyası şimala doğru dəyişməyə başlayıb.

Yoluxma ancaq burundan keçir. Yəni suda çimən adam infeksiyalı suyu udarsa yoluxma baş vermir. İnfeksiya qoxu sinirindən beyinə daxil olur, bundan sonra sinir toxumasını məhv etməyə başlayır. İnkubasiya dövrü bir neçə gündən təxminən iki həftəyə qədər dəyişə bilər.

Buna görə də çimərkən burun qısqaclarından istifadə edərək infeksiyanın qarşısını almaq mümkündür.

“Primer Amibik Meningoensefalit” xəstəliyi demək olar ki, həmişə ölümcül olur.