Yeniyetmə doqquz yaşlı qızın qaçırılmasının qarşısını aldı – VİDEO

0
507

Rusiyanın İrkutsk şəhərində yeniyetmə doqquz yaşlı qızın qaçırılmasının qarşısını alıb. Adam oğrusuna qarşı artıq ittiham irəli sürülüb, o həbs olunub.

Bu barədə “RİA Novosti” RF İstintaq Komitəsinin yerli idarəsinə istinadla xəbər verib.

Qurum bildirib ki, hadisə noyabrın 23-də baş verib. Şəhərin küçələrinin birində park edilmiş “Toyota Vista” markalı avtomobilin salonunda əyləşən 48 yaşlı sakin kiçik yaşlı bir qız uşağını görərək, onu qaçırmaq qərarına gəlib.

“Müttəhim avtomobildən çıxıb, uşağa fiziki güc tətbiq edərək avtomobilin salonuna basıb, sonra özü də avtomobilə girərək, bütün qapıları kilidləyib və yola düşüb”, – deyə qurumun məlumatında deyilir.

Bildirilir ki, yaxınlıqdan keçən 16 yaşlı yeniyetmə uşağın qışqırıqlarını eşidib. O, yaxınlıqda olan başqa bir kişidən kömək istəyərək, birlikdə avtomobilə çatıblar, onun yolunu kəsərək doqquz yaşlı uşağı xilas ediblər”.

Qurum bildirir ki, adam oğrusu əvvəlcə cinayət yerindən qaçsa da, bir neçə saatdan sonra ələ keçib.

İstintaq zamanı müəyyən olunub ki, 2001-ci ildən bəri kişi artıq iki dəfə cinsi xarakterli cinayətə görə həbsdə olub və 2017-ci ilin mart ayında azadlığa çıxıb.

Kişiyə qarşı uşaq oğurluğu ittihamı irəli sürülüb. İrkustk Lenin rayon məhkəməsi onu həbs edib. Onu 5-12 il müddətinə azadlıqdan məhrumetmə gözləyir.

Cinayət işi ilə bağlı istintaq davam edir.