“Yaşıl Patrul” güclü və davamlı Ekoloji İctimai Nəzarətdir

0
989

 Hər bir yeni başlanılan fəaliyyətin gücü və davamlılığı  onun möhkəm bünövrəsi olacaq Dövlət Qanunlarına əsaslanaraq və fəaliyyət dairəsinə çox və ya müəyyən dərəcədə uyğun olan bütün qurumlarla maksimum fəal əməkdaşlıq aparmaqla mümkündür.

“Yaşıl Patrul”-Ekoloji İctimai Nəzarətin möhkəm platforması ətraf mühit və canlılar aləminin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının tələbləri ilə yanşı, eləcə də “Ətraf mühitin qorunması ilə bağlı” Azərbaycan Respublikasının Qanununa (18 Sentyabr, 2001-ci il); “Ev Heyvanlarının (insanın nəzarətində olan və ya yaşayış yerlərində məskulaşan) Muhafizə haqqında Avropa Konvensiyası”-na (30 May, 2007); “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununa (3- dekabr 2003-cü il); Eləcə də, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa (10 dekabr 2002-ci il) əsaslanır.

“Yaşıl Patrul” Ekoloji-İctimai Nəzarət Təşkilatının Ümumrespublika Marafon Layihəsi çərçivəsində keçirdiyi “4 oktyabr Beynəlxalq Heyvanların Mühafizə günü”-nə həsr edilmiş “Heyvanlara Münasibətdə Sülhə Çağırış” adlı 1-ciMətbuat Konfransında Ekoloji-İctimai Nəzarətin təşkilini məqsəd qoyan Marafon Layihəsi barədə İctimaiyyətə Bəyanat verilmişdir.

Dövlət və Qeyri-Dövlət Təşkilatlarının, Azərbaycan ziyalılarının, İctimai xadimlərinin, Region nümayəndəliklərinin iştirak etdiyi Konfransda DAMM-in I vitse prezidenti, İNK  İH-nin sədri, SİMİB-in rəhbəri Rasim Məmmədov, ARTN-nin şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət və “Alyans” Canlı Aləmin Mühafizəsi rəhbəri Mənsurə Rəsulzadə konfrans iştirakçıları qarşısında ətraf mühitin və heyvanlar aləminin qorunması istiqamətində həyata keçirilməsi vacib olan məsələlər barədə çıxış etmişlər.

“Yaşıl Patrul” İctimai Nəzarətin Fəaliyyət Planı ölkə ərazisində mövcud ekoloji problemlərin həll edilməsi üçün 3 istiqamətdə fəaliyyəti nəzərdə tutur:

Quruculuq

Maarifləndirmə

Təcrübə

Eyni zamanda Marafon Layihəsi yaşından və vəzifəsindən asılı olmayaraq hər bir şəxsin marağına uyğun fəaliyyət planları ilə zəngindir. Buna görə də diqqət çəkən, maraq doğuran, təbiətə şəfqətə, sevgiyə, altruist-xeyriyyəçiliyə-“Yaşıl Keyfiyyətlərə” yönəldən, ətraf mühit və etik davranış, empatiya nümayiş etdirən davamlı ictimai fəaliyyətdir.

Heyvanlarla rəhmsizcəsinə davranılması nəticəsində onların şikəst və ya tələf edilməsinə görə “Heyvanlar aləmi haqqında” qanunvericliyin pozulmasına görə hər kəs Qanunun qarşısında məsuliyyət daşıyır.

Əhali arasında müasir Dünyanın sivil təcrübəsini təbliq edən, həmçinin, sevgi, xoşməramlılığa sövq edən, başqa insanın və ya istənilən canlının yerində özünü təsəvvür etmə qabiliyyətini inkişaf etdirən, empati hisslərini canlandıran, xeyirxahlığa ruhlandıran fəaliyyəti ilə humanist düşüncəli insanların sayının cəmiyyətdə artmasına kömək edən və calı aləmə istənilən rəhimsiz davranış və əməllərin qarşısını baş vermədən alan, mövcud bu kimi ekoloji problemləri isə kollektiv şəkildə, ictimai nəzarət formasında aradan qaldıran, həll edən, ümumrespublika üzrə ayrı-ayrı region, rayon və ərazilərin hər birinin özünün sakinlərindən ibarət sahə –  “Yaşıl Patrul” dur.

“ictimaixeber.az”