“Yandex” istifadəçilərinin rekord həcmdə şəxsi məlumatını dövlətə ötürüb

0
26

“Yandex” Rusiya hakimiyyət orqanlarından öz istifadəçilərinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı rekord sayda sorğunu təmin edib.

Bu barədə “Vyorstka” nəşri şirkətin dərc etdiyi şəffaflıq hesabatına istinadən yazıb.

Bildirilib ki, cari ilin ilk 6 ayı ərzində “Yandex” dövlət orqanlarından istifadəçi məlumatlarının açıqlanması ilə bağlı 36 540 sorğu alıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur (ötən il 32 664 sorğu təqdim edilib).

Şirkət 2024-cü ildə alınan müraciətlərin 80 %-ni və ya 29 379 sorğunu təmin edib. Ötən ilin birinci yarısında bu göstərici 77 % təşkil edib.