Yanacaq qiyməti artdı – bu avtobusda gediş haqqı bahalaşdı

0
519

Tarif Şurasının qərarı ilə dünəndən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Yanacağın bahalaşmasına baxmayaraq, rəsmilər ölkədə ictimai nəqliyyatda gedişhaqqının bahalaşmasının gündəmdə olmadığını açıqlayıblar. Amma vəziyyətdən sui-istifadə edənlər arıq Tərtər-Evoğlu istiqamətində işləyən avtobuslarda gedşhaqqını 50 qəpikdən 60 qəpiyə qaldırılıb. Bu barədə Tərtər sakinləri məlumat veriblər.
Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, fakt üzrə araşdırma aparılıb:
“Gedişhaqqını qeyri-qanuni qaldıranlar müntəzəm sərnişindaşıma marşrut xətti deyil. Amma bununla belə, həmin qanunsuzluğa yol verən sürücünün izahatı alınıb. Ona xəbərdarlıq edilib. Baxmayaraq ki, biz, yalnız nəzarətimizdə olan sərnişindaşımalara cavabdehik və onlara cəza vermə səaliyyətimiz var. Amma bizim regional idarənin rəhbəri Aqil bəy həmin avtobusun reysə çıxmasının dayandırılmasını tapşırıb, çünki bu, qeyri-qanunidir”.
N.Allahyarovanın sözlərinə görə, bundan sonra da qeyri-qanuni sərnişindaşımalara yol verənlərə qarşı tədbirlər davam etdiriləcək.