Ya sülh, ya da dünya savaşı: Trampın andiçməsindən sonra görün nələr olacaq

0
10

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Rusiya-Ukrayna münaqişəsində sülh razılaşmasına nail olmaq şansları həmişəkindən daha çox olacaq.

Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto “RİA Novosti”-yə müsahibəsində bildirib.

“Məsələ ondadır ki, Demokratik administrasiya və müharibə tərəfdarı olan Qərb siyasətçiləri 20 Yanvardan əvvəl (Trampın andiçmə tarixi – red.) tez sülh prosesini çətinləşdirəcək və ya qeyri-mümkün edəcək hər hansı bir tədbir görəcəklərmi”, – macar siyasətçi diqqət çəkib.

Nazirin sözlərinə görə, yeni Amerika prezidentinin seçilməsi başa çatdıqdan sonra okeanın hər iki tərəfində kəskin eskalasiya riski ilə bağlı qərarlar qəbul edilib. Xüsusilə, Kiyev Rusiya ərazilərinə zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə alıb. Ukrayna hakimiyyəti səfərbərlik üçün yaş həddini də aşağı salmağa məcbur edib.

Siyarto bu cür addımların münaqişənin daha da genişlənməsinə səbəb ola biləcəyini vurğulayıb. Siyasətçi Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillova qarşı törədilən terror aktına da münasibət bildirib. Onun fikrincə, bu, Ukraynada sülhün bağlanmasına mane ola bilər.