Yəməndə ərəb koalisiyasının həbsxanaya edilən aviazərbəsi nəticəsində 100-dən çox insan həlak oldu, onlarla yaralandı.
Zərbə ölkənin mərkəzindəki Damar vilayətində, “husilərin” nəzarətində olan əraziyə edilib.
Ölənlərin sayı daha çox ola bilər: hazırda həbsxananın dağıntılarında xilasetmə işləri davam edir.
Hücumdan qabaq həbsxanada 250-ə yaxın məhbus olub.
Ər-Riyad avaizərbələrin həbsxanaya deyil hərbi sursat saxlanılan anbara olduğunu bəyan edib.