XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!

0
170

Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə X sosial hesabında Almaniya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə cavabında qeyd edib.

A.Hacızadə Almaniya XİN-in Qarabağ bölgəsini “dağlıq” adlandırmasına da qarşı çıxıb.

“Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni “boz zona”ya çevirib. Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir. Artıq BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərk-silah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib”, – XİN rəsmisi yazıb.