Xeyir varlıqdır, şər itirmə

0
328

Dünyanın və dünyada olanların hər zərrəsinin bir anlamı var. Gördüklərimizin hər birinin halımıza, hər halımızın gördüklərimizə xüsusi təsiri var. Həyatımız bu anlamlar və hallar üzərindən keçir.Yaşadığımız illərin sonu bəlli olmayan ömrü fərqli duyğularla köçünün səbəbi olur.
Uşaqdan böyüyə hər bir, bir kəsin ömrünün fərqli dönümünün xeyirliyə canlanması, hər birimizin arzusudur. Arzular da insan xarakterinə görə fərqli ola bilər. Bu isə dünyaya baxışlarımızın fərqli emosiyasına bağlıdır.
Bu dünyadakı həyatımızın xoşbəxtliyi baş verənlərə düzgün qiymət vermək anlamından qaynaqlanır. Bu isə təəssüf ki, hər kəsə nəsib olmur… Anlamların fərqli doğuşu üzündən.
Düzgün və səhv olduğunu bilmədiyimiz məqamlar həyatımızın mürəkkəbləşməsinə səbəb olur. Bu məqamda verilən məsləhətlərə qulaq asmaq isə ömür yolunu asanlaşdırır. Hər anlamımızda bir sevgi və xoşbəxtlik yolu olduğuna inamımız itməməlidir.
Bu dünyadakı həyatımızda gördüklərimizin hər anlamında xeyirliyə çağırışın olduğunu unutmamalıyıq. Bu dünyanın xeyir və şərin mübarizəsi olduğunu da həmçinin.
Dünyanın həqiqətlərini görmədən həyatı xoş yaşamaq olmaz. Saysız anlatımlara yiyələnmək nə qədər çətin olsa da, sahib olduqlarımızın boşa keçməsinə yol verməyək.
Hər bir yaşam addımının xeyirliyə calanması hər birimizin arzusudur. Bu dünyadakı həyatımızın xeyirli övladları məhz bu anlatımların sevincli yönətimçisidir.
Hər pis işdə bir xeyir var anlatımı da hər kəsə məlumdur. Bir az əvvəl qeyd etdiyim kimi, bu həyat mübarizəsində düzgünlük və həqiqət böyük mübarizənin əsasıdır.
Bir ömür boyu bizə bəxş edilən bu möhtəşəm dünyada gözəl həyat sürmək üçün yaxşılıqlarımızın sayı-hesabı olmamalıdır. Bunun üçün ətrafımızdakı hər anlatımın fərqinə varmalı və paylaşmağa çalışmalıyıq.
SƏNUBƏR