Xersonda 24 saatlıq rejimində komendant saatı tətbiq edilib.
Rusiya Xersonda 24 saatlıq rejimində komendant saatı tətbiq edib.
Bu barədə şəhərin Rusiya tərəfindən təyin edilən mer müavini Kirill Stremousov “Telegram” kanalındakı paylaşımda bildirib.
O, komendant saatının tətbiqinin Xerson şəhərinin terror hücumlarından müdafiəsi üçün zəruri olduğunu qeyd edib.
Stremousov daha əvvəlki çağırışlarında Ukrayna texnikalarından ibarət kolonların cəbhəyə yaxınlaşdığını və bunun mümkün hücum ola biləcəyini deyərək mülki şəxsləri Xersonu tərk etməyə çağırıb.