Son illərdə xaricdə təhsilə maraq və tələbat günü-gündən artmaqdadır. Bu maraq özü ilə bərabər təəssüf ki, tələbələrə xoş olmayan problem yaradır. Hansı ki, xaricdə universitetə sevinclə qəbul olub bitirdikdən sonra ölkəyə qayıtdıqda gənclər diplomun tanınmaması ilə üzləşirlər.
Bəs xarici diplomlar Azərbaycanda hansı hallarda tanınmır?
Diplomun tanınmamasının əsas səbəbi tələbələrin tədris zamanı həmin ölkədə olmaması ilə bağlıdır. Əyani təhsildə min. 90 gün, qiyabi təhsildə isə 15 gün nəzərdə tutulub. Digər səbəb isə həmin universitetin rəsmi statusunun olmamasıdır.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, bizim tələbələr ölkənin universitetin lisenziya alıb-almaması ilə maraqlanmırlar. Bir sıra ali təhsil mərkəzlərinin filialları müddətli lisenziya ilə fəaliyyət göstərir.
Ekspert qeyd edib ki, tələbələr yaxşı olar ki, universitet seçərkən reytinqinə yox, rəsmi lisenziyasının olması ilə bağlı maraqlansınlar. Bunun üçün xüsusi portal da istifadəyə verilib. Filial statusu univerisitete yerləşən ölkə tərəfindən mütləq verilməlidir. Çox təəssüf ki, indi tələbələr reytinqə baxıb külli miqdarda pul ödəyirlər sonra isə təsdiqlənmiş siyahıda adı olmayan universitetin filialında təhsil alıb ölkəyə gələndə çətinliklə üzləşirlər. Xaricdə təhsil almaq istəyən tələbələr bu kimi məsələlərdə diqqətli olması tövsiyə edilir.