Xarıbülbül Şuşa günləri.

0
725

Qəbələ rayon Savalan kənd ümumi orta məktəbi bu gün Savalan məktəbində Xarıbülbül Şuşa günləri adlı böyük tədbir keçirdi .

Tədbir Azərbaycanın Dövlət himni ilə başladı.
Bir dəqiqə sükutla şəhidlərimizin xatirəsi anıldı

Tədbirdə , şəhid ailələri, qazilər,Savalan kənd müəllim və şagird kollektivi, Qəbələ TV, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri, Uşaq təşkilatı birliyinin rəhbəri Bahar Nəcəfova,İmam Mehman Şəfiyev və.s kənd əhli iştirak etdi

İlk söz məktəbin direktoru Şükürova Təranə xanıma verildi.

Şəhid ailələri, qazilər çıxış etdi, məktəblilərin musiqi kompazisiyaları çox alqışa layiq idi, Üzeyir Hacıbəyovun ” Arşın mal alan” operettasından fraqmentlər göstərdilər.
Vətənpərvərlik şeirləri səsləndirdilər.
Güləş idman növü oyunları nümayiş etdilər.

Şuşa simvolu olan əl işləri sərgiləndi. Münsiflər heyyəti qiymətləndirdi.
Qaliblərə birinci, ikinci, üçüncü yerlərin fəxri diplomları verildi.

Sonda Şuşa simvolu tortu kəsildi, tədbir çay süfrəsi arxasında davam etdi .

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri.