Xameneinin yerinə 3 namizəd seçildi

0
25

Ekspertlər Şurasının təşkil etdiyi məxfi komissiya ölkənin ali rəhbəri Əli Xameneidən sonrakı dövr üçün 3 nəfəri araşdırıb, seçib və onların rəhbərlik qabiliyyətlərini təsdiq edib.

Bunu Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvi deyib.

O, bunun Əli Xameneinin istəyi və tapşırığı əsasında baş verdiyini bildirib.