Koronovirus pandemiyası ilə mübarizə dövründə zərər çəkən əhali kütləsinə yardımlar dünyanın bütün dövlətlərinin və ictimaiyyət nümayəndələrinin mühüm humanist addımlarına çevrilmişdir. Ölkəmizdə də dövlət və ictimai-iaşə müəssisələri ilə birlikdə az-çox imkanı olan hər bir vicdanlı şəxs bu yardım kompaniyasının iştirakçısıdır. Təəssüf ki, həyatımızın bütün sahələrini əhatə etmiş bu çətinliklər və üzüntülər dövründə də insanların psixologiyasına mənfi təsir edən süni amil carçılarından yaxa qurtara bilmirik.
İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov ümumxalq yardım kompaniyaları ilə bağlı bəzi xoşagəlməz çıxışlara öz münasibətini bildirmişdir:”İllər boyu Azərbaycan televiziyasında bir çox azərbaycanlı ailələrinə qarşı alçaldıcı fikirlər söyləyən, onları məsxərəyə qoymaqla öz reytinqlərini yüksəltmək istəyən bir çox aparıcılara heç bir münasibət bildirməyənlər bu gün respublika prezidentinin də rəğbətlə qarşıladığı imkansızlara maddi yardım və dəstək olanlara təşəkkür etməli olduğumuz bir vaxtda hansısa məmurların sifarişi ilə bu kimi insanları gözdən salmaq istəyilnə bağlı əməlləri ilə gündəmdədirlər.
Xoşqədəmin, Elgizin, Zaurun verilişlərində kasıb, imkansız, əqli cəhətdən zəif, savadsız insanları efirə çıxardıb, onların necə səfil yaşadıqlarını göstərmələri xeyirxah əməl kimi reklam olunursa, dövlətin və ictimaiyyət nümayəndələrinin konkret faktları əsaslanan yardım əməlləri haqda niyə danışılmamalıdır?
Hər bir kəsə nümunə olmalı bu xeyirxah sosial yardımlar qəlblərində ali mərhəmət hissləri yaşadanları sevindirirsə, o zaman narahat olanlar kimdir?
Bu sualın cavabı hər kəsə gün kimi aydındır – xalqın razılıq və təşəkkür dolu nidalarına tab gətirməyən bədxahlar, bir qrup mənən şikəst və savadsız insanların narazılığından faydalanaraq dünyəvi çətinliklərin yaşandığı bir zamanda öz siyasi ambisiyaları ilə gündəmə gəlib sosial çaxnaşmalar yaratmaq istəyənlər.
Və bu kəslərin arzuları yolunda sipər olan xalqın prezidentinə məhəbbət dolu qəlb çırpıntılarını,dövlətin humanist sıçrayışlarını, dövlət xalq birliyinin aydınlıq işığını görməyənlərin məlum aqibətinə heyfslənməmək olmur.
Təəssüf və hiddət doğuran məsələlərdən biri də odur ki, illərdir Azərbaycan televiziyasında vətəndaşlarımızın və eləcə də gənclərimizin tərbiyəsini pozan verilişlərə etiraz etməyən bəzi ictimai xadimlər, ictimai-siyasi həyatın bir çox məlum simaları hansısa məmurların sifarişi ilə bugünkü çətin gündə ölkə iqtisadiyyatına koronovirusun böyük bir zərbə vurduğu bir vəziyyətdə vətəndaşlarımızın köməyə ehtiyacı olduğu halda insanların, şirkətlərin öz təşəbbüsləri ilə həyata keçirilən yardım kompaniyalarını nəzərə almayaraq bu vətəndaşları qınamağa çalışırlar.
Ölkə prezidentinin mövqeyini, fikirlərini nəzərə almadan hansısa maraqlı məmurların göstərişi ilə mənfi ictimai rəy formalaşdırmağa çalışanlara ictimai nəzarət olaraq etirazlarımızı bildiririk.
Heç bir vətəndaşımızı təhqir etməyə heç kəsin ixtiyarı yoxdur.
“ictimaixeber.az”