ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Elariz Məmmədoğlu olub.
Müğənni Ramal İsrafilovun onun haqqında sərt açıqlamasına cavab verib:
“Bu adamın nə kişi, nə də qadın tembri var. Özünə və mənə bax. Gör sən layiqsənmi mənim adımı çəkməyə?! O boyda sənətkarı, Mələkxanım Eyyubovanı biabır edən adamdır. Ramal Elariz Məmmədoğlu kimi professional müğənni ola bilməz. Çünki mənim məktəbim və vokal müəllimlərim var. İndi də Elariz Məmmədoğlunu tənqid etməklə özünü reklam edir. Mən düşünürəm ki, Azərbaycan müğənnilərini Amerika toylarına və konsertlərinə cəlb edim. Yeni proyektlər üzərində çalışıram, bunların gördüyü işlərə bax. Belə insanlarla məni calaşdırmayın və adımı çəkməyin”.
Qeyd edək ki, ARB TV-nin “Üçəlli” verilişində Ramal İsrafilov Elariz Məmmədoğlu haqqında sərt fikirlər səsləndirmişdi. R.İsrafilov verilişdəki açıqlamasında bu sözləri istifadə etmişdi: “Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Millətin zövqünü belə-belə korlayırlar. Bəxtinə baxın, özü burada yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, belə tembri də yoxdur. Səhər-səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir. Belə oxumaq olmaz. Elarizi qoymayın bura gəlsin”.