Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi məlum oldu

0
17

Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində suitilərin ölümünün səbəbi virus neyroinfeksiyası olub.

Bu barədə Mikrobiologiya və Virusologiya Elmi Mərkəzinin laboratoriya müdiri Aydın Kıdırmanov bildirib.

Mütəxəssislərin apardığı molekulyar-genetik analiz suitilərin beyin və ağciyər toxumalarında yeni virus xəstəliyinin olduğunu göstərib.

“Heyvanların beynində virusun aşkar edilməsi bunun xəstəliyin yeganə səbəbi olduğunu sübut edir”, – deyə A.Kıdırmanov bildirib.

Onun sözlərinə görə, bu virus infeksiyası immun çatışmazlığı fonunda inkişaf edir və kifayət qədər öyrənilməmiş xəstəlikdir.

Xatırladaq ki, 2024-cü ilin oktyabr-noyabr aylarında Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan və Karakiyan rayonlarının sahillərində təxminən 2 min ölü suiti aşkar edilib.