XƏYALLARIMIZ HƏR ZAMAN XOŞ OLSUN

0
335

Hər birimizin qəlbindəki istək və arzular özünəməxsus xayallar qurur. Bu
xəyallar bizim iç dünyamızı nura qərq edir.
Xəyalların gerçək olması hamının arzusudur. Amma xəyalların
yaranmasında ağıl rol oynayır. Qəlb çırpıntılarının ağuşunda olan xəyallar
arzularımızın simvoludur.
Xəyali görüntülər ömür boyu bizi müşahidə edir. Bu müşahidə həm də
qarşılıqlıdır. Qəlb duyğularımızın müşayiəti ilə yaranan xəyallar bu duyğulara
qarşılqlı sintez verir.
Özümüzə dünyanın ən gözəl guşəsində xəyal edərkən duyğularımız nəşə ilə
dolur. Xəyallar qəlbimizi tərk edərkən isə duyğularımız depressiyaya uğrayır.
Xəyalları ümidlərlə də əlaqələndirənlər var. Amma ümidlər də xəyalların bir
yaradıcısıdır. Ümidimizi itirməsək xəyallar bizi tərk etmir.
Ümidlərimizi necə qoruyaq?
Bu hər zaman bizdən asılı olmasa da, qəlb çırpıntılarının ağuşuna mütləq
yol tapır. Ümidləri ağıl da idarə edir. Şəxsi qalibiyyətlərimizdən səmərəli istifadə
də ümidlərə təkan verir. Bu isə bizi xoş xəyallar dünyasına aparır.
Xəyallar gerçək olmasa da, arzularımızın həyata keçməsi xəyallara əbədi
yaşantı verir.
Xəyallar heç zaman bitmək bilmir və onun iradə ilə heç bir əlaqəsi yoxdur.
Gerçək olan isə artıq xəyal hesab olunmur. Gerçək olanları qorumaq üçün isə
iradəmizdən istifadə etməliyik.
Təəssüf ki, iradə də bizimlə birlikdə yaranır, sonradan əldə olunmur.

İradəsi olmayanların xəyalları isə hər zaman xoş olmur. Bu kimi insanlara heç
olmasa ümidlərini tərk etməməsini arzulayaq.

Sənubər