Xəyali arzuların sonu varmı?

0
14

Bunu heç kim bilmir. Xəyallar bilir. Xəyallarımıza sahib deyilmiyik?
Xəyallara sahiblik edən arzulardır. Arzulara sahiblik edən insanlardır.
Demək ki, son insanların yoxluğundadır. Nə qədər yaşayırıqsa yerinə yetən arzuların yenisi yaranır, yerinə yetməyənlər isə ömür boyu bizlə yaşayır. Arzuları idarə etmək çətindir. Hərdən dəyişə bilər, amma bitmir, bizim həyat yolumuzun simvolunu müəyyənləşdirir. Arzu olmasa həyat olmaz… – Arzu nədən yaranır?
-Həyati ehtiyaclardan. İnsan dünyəvi ehtiyaclardan yarandığı kimi… Dünyanın da sevgiyə, qayğıya, diqqətə ehtiyacı var…
Dünyanın və insanların qarşılıqlı duyğuları xəyallarımıza hopur, arzulara çevrilir, sonra da həyatımızı qurmağa, yaşamağa…
Gündəlik ehtiyaclarımızın saysız sindromunda bu kimi fikirləri yazmağım özümə də qəribə gəlir. Yeni suallar yaranır. Dünya və həyatla bağlı bilgilər bəzilərinin ömür yolunu işıqlandırır, bəzilərini isə qaranlığa qərq edir. Öyəndiklərimiz eynidir, sadəcə xəyallar, arzular fərqlidir…
“Həyat çox gözəldir” deyənlər də var, “ölsəydim, canım qurtarardı” deyənlər də. O biri dünyanı unuduruq ya da ona inanmırıq. Məncə filosofların yazdıqlarını oxuyanların çoxu bizim kimi psixoloqlara yuxarıdan aşağı baxarlar, ya da bizim “yaxamızdan yapışmağı” daha doğru hesab edərlər. Çünki xəyallar haqda filosofların fikirləri fərqlidir. Onların bir neçəsini təqdim edirəm:

  • Elmdə cəsarətli fikirlər öndə gedən döyüşçülər kimidir – onlar həlak olsalar da, qələbəni təmin edirlər. (Höte: Alman mütəfəkkiri)
  • Xəyal ağlın ayaqlarıdır. Əgər onu cilovlamasaq, ağıl yanlış yolla aparar. (Xun Tszi-En: Çin yazıçısı)
  • Xəyalına çox güc vermə! O, çox qorxunc mənzərələr yarada bilər. (Pifaqor)
  • Layihə gələcəyin qaralamasıdır. Bəzən gələcək yüzlərlə qaralama tələb edir. (Jül Renar: Fransız yazıçısı)
  • İnsanın ən böyük dostu da, ən böyük düşməni də onun öz təxəyyülüdür. (Arturo Qraf: İtalyan alimi)
  • Kimlərə meydan oxumaz ki, insan təkbaşına düşündüyü zaman… (Jan de Lafonten: Fransız şairi )
  • Boş yerə xəyala qapılmaq ömrü hədər verməkdən başqa bir şey deyil. (Alfred Kapus)

Sənubər Səhər