Xəstə uşaq üçün yığılan pullar oğurlandı – Tale Heydərovun direktoru hadisəni ictimailəşdirdi (FOTO)

0
514

Son zamanlar xəstəlikdən əziyyət çəkən uşaqlar üçün yığılan pulların hesab kartından oğurlanması adi hal alıb.

Vətəndaşlar belə hallarla tez-tez üzləşir və bu cür hadisələrdən daha biri haqda “LİBRAFF” mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu məlumat yayıb:

“Dostlar, ağır xəstəlikdən əziyyət çəkən bir uşağın adına açılmış hesab kartındakı pullar oğurlanıb. Adam Filippindən yazdığını, köçürmə etmək istədiyini deyib. Kartın hər iki tərəfinin şəklini istəyib. Ana da çəkib, göndərib. Adam bütün pulu tamamilə başqa hesaba yönəldib.

Bir müddət əvvəl oxşar hadisə başqa ananın başına gəlmişdi. Gunay Resulova Pediatr bunu ictimailəşdirmişdi.”