Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər – Ən çox bu ölkələr zərbə alacaq

0
21

Alimlər iqlim dəyişikliyinin və havanın çirklənməsinin təsirləri ilə bağlı apardıqları araşdırmalarda dəhşətli nəticələr əldə ediblər.

Maks Plank Kimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, bu iki amilin 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb ola biləcəyi təxmin edilir.

Tədqiqat 2000-2090-cı illər arasındakı məlumatların 10 illik fasilələrlə təhlili yolu ilə həyata keçirilib.

Nəticələr daha çox ölümün xüsusilə Cənubi və Şərqi Asiyada baş verəcəyini ortaya qoyub. Bölgədə havanın çirklənməsi ilə bağlı davamlı problemlər bu pessimist proqnozun əsas səbəblərindəndir.

Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi regionlarda ekstremal temperaturlara görə ölümlərin çox olacağı gözlənilir.

Xüsusilə ABŞ, İngiltərə, Fransa, Yaponiya, Yeni Zelandiya kimi ölkələrdə bu tendensiya artıq özünü göstərməyə başlayıb.