Vulkan püskürəcək – Kamçatkada bir gündə 115-dən çox zəlzələ baş verdi

0
11

Rusiya seysmoloqları Kamçatkadakı Bezymyannı vulkanında bir gündə 115-dən çox zəlzələ qeydə alıblar.

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində vulkan ərazisində 118 seysmik hadisə baş verib.

Ekspertlərin fikrincə, vulkan püskürməyə hazırlaşır. Bu proses başlasa, dəniz səviyyəsindən 15 km-ə qədər yüksəkliyə kül yayıla bilər.

Qeyd edək ki, fevralın 1-də Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun alimləri yaxın üç gün ərzində Kamçatkada Bezymyannı vulkanının güclü püskürəcəyi barədə xəbərdarlıq etmişdilər.